Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Ramazan ayında baş vermiş müharibənin on ikinci həftəsinin başlanğıcı münasibətilə analitik və strateji bəyanat yayımlayıb.
Bəyanatın tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
إِنَّ الَّذِینَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَیْهِمُ الْمَلَائِکَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِی کُنْتُمْ تُوعَدُونَ
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Fussilət surəsi, 30-cu ayə
Ramazan ayında baş vermiş müharibənin on ikinci həftəsinə elə bir şəraitdə daxil oluruq ki, imperialist və uşaq qatili olan Amerika və İsrail hərbi meydanda, diplomatiyada və Hörmüz boğazını nəzarətə götürmək cəhdində ardıcıl məğlubiyyətlərə uğradıqdan sonra “azadlıq layihəsi” adlı əməliyyata başladı. Lakin ilahi qüdrət və yardım sayəsində bu layihə ilk anlardan etibarən silahlı qüvvələrimizin ağır və sarsıdıcı zərbələri qarşısında geri çəkilməyə məcbur oldu.
Hazırda da Hörmüz boğazının idarə olunması əvvəlki kimi İranın igid, cəsur, fədakar ordusunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüdrətli əllərindədir.
Hörmüz boğazının bağlanması əslində Qərb dünyasının və Amerikanın iqtisadiyyat yolunun bağlanması deməkdir. ABŞ-ın bu boğazı açmaq istiqamətindəki bütün cəhdləri isə indiyədək nəticəsiz qalıb. Belə bir vəziyyətdə Donald Trampın qarşısında üç yoldan başqa seçim qalmır:
1. Ya İranın bütün şərtlərini qəbul edib bu müharibədə məğlub olduğunu elan etməlidir. Bu isə Trampın siyasi iflası və Amerikanın dünya fövqəldövləti statusunun sarsılması anlamına gəlir;
2. Ya diplomatiya və danışıqlar meydanında müxtəlif siyasi manevrlərlə müəyyən imtiyazlar qazanmağa çalışmalıdır;
3. Ya da hərbi əməliyyatlar, İranın bəzi infrastruktur obyektlərinə zərbələr endirmək, daxili və xarici müxalif qrupları fəallaşdırmaq yolu ilə müəyyən zərərlər vurub müharibənin başa çatdığını elan etməli, sonra isə geniş və mürəkkəb media əməliyyatları vasitəsilə öz “qələbə” narrativini ictimai rəydə möhkəmləndirərək bu strateji bataqlıqdan xilas olmağa çalışmalıdır.
Heç bir şübhə yoxdur ki, İran xalqı, ölkənin məsul şəxsləri, silahlı qüvvələri və müqavimət cəbhəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) rəhbərliyi altında birlik və həmrəylik içində öz cihad və müqavimətlərini davam etdirəcək, qarşıdakı bütün ehtimallara hazır olacaq və Allaha təvəkkül edib ilahi yardıma arxalanaraq düşmənin bütün hiylələrini puça çıxaracaqlar.
Amerika və İsrail elə hesab edirdi ki, bir neçə gün ərzində öz məkrli məqsədlərinə çatacaq. Lakin müharibənin başlanmasından on həftə keçməsinə baxmayaraq, nəinki həmin məqsədlərə nail ola bilmədi, əksinə İranın “fəal çəkindirmə” strategiyasının dərin bataqlığında ilişib qaldı. İndi isə İranın tarixi cihad, müqavimət və qürurverici qələbəsinə heyrətlə tamaşa edir.
Uca Allaha İran xalqına, məsul şəxslərə və bu vətənin rəşadətli silahlı qüvvələrinə bəxş etdiyi misilsiz birlik, həmrəylik, cihad və müqavimət nemətinə görə sonsuz şükür edirik.
Bu nurlu yolu davam etdirmək və bu böyük nemətin əməli şükrünü yerinə yetirmək üçün möhtərəm ruhanilər, hövzə, təbliğat və mədəniyyət qurumları, eləcə də hövzə, universitet və mədəniyyət sahəsinin alim və ziyalıları — hansı ki, əvvəlki müharibələrdə və bu savaş boyunca daim təkəbbür cəbhəsinə qarşı mübarizənin ön sıralarında olmuşlar. Bundan sonra da əvvəlki təhlil və tövsiyələrə əlavə olaraq aşağıdakı strategiyalar əsasında meydandakı iştiraklarını və “Təbyin cihadı” fəaliyyətlərini davam etdirib daha da gücləndirməlidirlər:
1.Təbyin cihadı yolu ilə xalq arasında ümidin, birlik ruhunun və müqavimət iradəsinin gücləndirilməsi
Amerika və İsrail İranı tədrici geriçəkilməyə məcbur etməyə çalışır. Əvvəlcə hərbi meydan və diplomatiyada, daha sonra iqtisadiyyatda və nəhayət xalqın inanc və iradəsi sahəsində İranı geriçəkilməyə məcbur edir.
Kafirlər qarşısında hətta bir addım geri çəkilmək belə süqut və məğlubiyyət yolunun başlanğıcıdır. Bu, Qurani-Kərimin açıq və qəti göstərişinə ziddir. Uca Allah öz Peyğəmbərinə (s) belə buyurur:
يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ
Ey Peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə! Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir. Əhzab surəsi, 1-ci ayə
Bu məna, İslam İnqilabının sabiq rəhbəri Ayətullah Seyid Əli Xameneinin (r) “Böyük Cihad” adı ilə dəfələrlə vurğuladığı ilahi göstərişlə də tam uyğunluq təşkil edir:
فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا
Ona görə də kafirlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!
Furqan surəsi, 52-ci ayə
Qurani-Kərim zəiflikdən doğan uzlaşma çağırışlarını, qorxu və ya ilahi vədlərə inamsızlıq səbəbilə düşmən qarşısında geri çəkilməyi qətiyyətlə rədd edərək buyurur:
فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ
Ona görə də (döyüşdə) zəiflik göstərməyin və siz üstün vəziyyətdə ikən (onları) sülhə çağırmayın!
Muhəmməd surəsi, 35-ci ayə
Allah-Taala Ali-İmran surəsinin 146-cı ayəsində möminlərə tarix boyu müqavimət və mətinlik dərsi vermişdir:
وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ
Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (kafirlərə) boyun əymədilər. Ali İmran surəsi, 146-cı ayə
Ayədə qeyd olunan bu üç xüsusiyyət, o cümlədən ruhdan düşmək, zəifləmək və təslim olmaq məhz düşmənin bu gün xalqın sıralarında yaratmağa çalışdığı vəziyyətdir. Düşmən psixoloji təzyiqlərlə xalqı yorğun salmağa, sanksiyalar vasitəsilə zəiflətməyə, hərbi hücum təhdidləri ilə isə təslim olmağa və zillətə sürükləməyə çalışır. Halbuki Qurani-Kərim qətiyyətlə buyurur:
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.)
Ali İmran surəsi, 139-cu ayə
Qeyd edilməlidir ki, bu savaşda düşmən bizdən daha ağır zərbələr almışdır. Halbuki onların ilahi yardıma heç bir ümidləri yoxdur. Möminlər isə Allahın yardım və vədinə arxalanırlar. Qurani-Kərim buyurur:
وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ ۖ إِنْ تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
(Düşmən) qövmlə (döyüşmək) istəyiniz barəsində zəiflik göstərməyin! Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz. Allah hər şeyi biləndir, hikmət sahibidir. Nisa surəsi, 104-cü ayə
Mövcud məlumat və xəbərlər göstərir ki, hazırda Qərbdə, xüsusilə də Amerikada ciddi iqtisadi və siyasi təzyiq hökm sürür. Bu vəziyyət ABŞ siyasətçilərini və müharibə tərəfdarlarını ağır çıxılmazlıq qarşısında qoymuşdur. Buna görə də bu meydanda daha az dözüm və müqavimət göstərən tərəf məğlub olacaqdır.
Bütün ruhanilərə vacibdir ki, “Təbyin cihadı” yolu ilə bütün qüvvələrini xalq arasında ümid yaratmağa, birlik ruhunu gücləndirməyə və müqavimət iradəsini möhkəmləndirməyə sərf etsinlər. Düşmənin şübhə yaymaq, iqtisadi təzyiq və təhdid vasitəsilə xalqımızın iradəsini zəiflətməyə çalışdığı bir zamanda siz peyğəmbərlərin varisləri olaraq Qurani-Kərimin nurani ayələrinə sarılaraq, “Təbyin cihadı ” vasitəsilə düşmənin hiylələrini puça çıxarmalı və möminlərin imanlarını daha da möhkəmləndirməlisiniz.
2. Düşünülmüş diplomatiyanın təbliği və İslam İnqilabının diplomatiyasının genişləndirilməsi
İkinci strateji istiqamət izzətli və hikmətli diplomatiyanın cəmiyyətə düzgün şəkildə izah olunması və xalq tərəfindən tələb edilməsidir. Düşmənin “aldadıcı atəşkəs” layihəsinə qarşı son dərəcə ayıq olmaq zəruridir. Amerika və onun tərəfdarları təxminən 80 günlük meydan məğlubiyyətindən sonra savaşı danışıqlar masasına daşımağa çalışırlar ki, hərbi əməliyyatlarla əldə edə bilmədiklərini aldadıcı və yalançı vədlərlə diplomatik müstəvidə qazansınlar.
Diqqət edilməlidir ki, mövcud şəraitdə hər hansı diplomatiya iki əsas sütun üzərində qurulmalıdır:
1. Güc və iqtidar
2. Meydanda əldə olunmuş nailiyyətlərin qorunması və möhkəmləndirilməsi
Bu nailiyyətlərin ən mühümlərindən biri İran İslam Respublikasının Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarəti və idarəçiliyidir. Hörmüz boğazı yalnız beynəlxalq bir su yolu deyil, həm də milli təhlükəsizliyin əsası və strateji qırmızı xəttimizdir. Bu nöqtədə atılacaq ən kiçik geri addım belə, İranın iqtisadiyyat və təhlükəsizlik açarlarının düşmənə təhvil verilməsi anlamına gəlir.
Aydın və qəti şəkildə bəyan edilməlidir ki, Hörmüz boğazı İran İslam Respublikasının Silahlı Qüvvələrinin tam hakimiyyəti və idarəçiliyi altında qalacaq və heç bir xarici güc, yaxud heç bir aldadıcı razılaşma bu qırmızı xəttin aşılmasına haqq qazandıra bilməz.
ABŞ-ın aciz və çıxılmaz vəziyyətdə qalan prezidentinin son ümidsiz cəhdi olaraq, Hörmüz boğazını hərbi güc yolu ilə açmaq və İran Silahlı Qüvvələrinin bu boğaza nəzarətinin qarşısını almaq məqsədilə “Azadlıq Planı” adlı layihə elan edildi. Lakin bu layihə 48 saat keçməmiş ağır və rüsvayçı məğlubiyyətlə geri çəkilməyə məcbur oldu. Bəzi Amerika mediasının da etiraf etdiyi kimi, bu uğursuz cəhd ABŞ-ın dünyanın ən mühüm dəniz keçidlərindən biri olan Hörmüz boğazında yeni reallıq formalaşdırmaq gücünün və imkanlarının məhdud olduğunu ortaya qoydu. Buna görə də İranın bu strateji imkanından maksimum səviyyədə qorunmalıdır.
Xalq və ruhanilər aydın və təsirli şəkildə bu həqiqəti bəyan etməlidirlər:
Düşmən təzyiqi qarşısında geri çəkilmək, davamlı və ardıcıl geriləmələrin başlanğıcı olacaqdır. İran xalqının şərəfi, izzəti və ləyaqəti onu təhdid və təhqir ilə sülhə boyun əyməkdən və təslim olmaqdan qoruyur.
Hörmüz boğazının idarə olunması və nəzarətdə saxlanılması məsələsində geri addım atmamaq düşmən qarşısında möhkəm sədddir.
Meydanda əldə olunmuş nailiyyətləri görməzdən gələn və ya İranın müdafiə strukturunu dəyişdirməyə çalışan heç bir danışıqlar qəbul edilə bilməz. Bizim diplomatiyamız müdrik və uzaqgörən olmalıdır. Əsl izzət isə yalnız şəhid Ayətullah Seyid Əli Xameneinin və bu torpağın gənclərinin qanı ilə möhkəmlənmiş dəyərlərin qorunmasındadır.
Ağıllı və çıxış yolu göstərən diplomatiyanın zəruriliyi vurğulanmaqla yanaşı, məsul qurumlara təşəkkür edilir, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi, İslam İnqilabının dostları və həmfikr dövlətlərlə əlaqələr zəncirinin gücləndirilməsi, ictimai və mədəni diplomatiyanın inkişaf etdirilməsi və İslam İnqilabının sonsuz imkanlarının fəallaşdırılmasının vacibliyi bir daha qeyd olunur.
3. Ölkənin iqtisadi vəziyyətinin və xalqın yaşayış şəraitinin yaxşılaşdırılmasına yardım
Hazırda ölkə çoxsaylı iqtisadi problemlərlə üz-üzədir və nəzarətdən çıxmış inflyasiya cəmiyyətin orta və aşağı təbəqələrinin həyatını çətinləşdirmişdir. Bu əlverişsiz iqtisadi vəziyyətin üç əsas səbəbi vardır:
Birinci səbəb kapitalist iqtisadi düşüncə ilə qarışmış və həyata keçirilmiş siyasətlər, həmçinin bəzi digər çatışmazlıqlardır ki, bunlar ölkədə problem və böhranların yaranmasına səbəb olmuşdur.
İkinci səbəb, ölkə xaricində olan düşmənin irəli sürdüyü sanksiyalar və ölkəyə qarşı apardığı hərtərəfli müharibədir.
Üçüncü səbəb isə daxildəki dünyapərəst və mənfəət güdən şəxslərdir ki, ehtiyat toplamaq və baha satmaqla düşmənin məqsədlərinə çatmasına yardım edirlər.
Düşmən bu məcburi hibrid müharibədə xalqın yaşayışına təzyiq göstərmək və həyat xərclərini artırmaqla güzəşt və təslimiyyəti nəzəri əsaslandırmağa, həmçinin məsul şəxslərin hesablamalarını dəyişərək müharibə ilə nail ola bilmədiyi məqsədlərə çatmağa çalışır.
Bu şəraitdə ruhanilərin altı əsas vəzifəsi vardır:
İqtisadi cihad mədəniyyətinin izahı və yayılması
Bu günün cihadının əsas səngəri iqtisadi cihad məsələsidir. Bu isə yüksək məhsuldarlıqla daha çox çalışma və istehsalın artırılması yolu ilə gerçəkləşir.
Səbir, müqavimət və ümid ruhunun gücləndirilməsinə çağırış
Xalqa daim xatırladılmalıdır ki, Allahın yardımı və qələbəsi çətinliklər qarşısında mömincəsinə səbir göstərmək, müqavimət ruhunu qorumaq və təqva ilə hərəkət etməklə bağlıdır. Bu, dəyişməz və əbədi ilahi sünnətdir.
«فَإِنَّ مَعَ الْعُسْرِ یُسْرًا»
Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Şərh surəsi, 5-ci ayə
«وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا یَضُرُّکُمْ کَیْدُهُمْ شَیْئًا»
Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Ali İmran surəsi, 120-ci ayə
Allah Rəsulu (s) buyurmuşdur:
«اَلصَّبْرُ مِفْتاحُ الْفَرَجِ»
“Səbir qurtuluşun açarıdır.”
Bu baxımdan cəmiyyət daxilində səbir, dözüm, mənəvi dayanıqlıq və gələcəyə ümid ruhunun gücləndirilməsi mühüm vəzifə hesab olunur.
İsrafdan çəkinməyə və qənaətli istehlaka çağırış
Müharibə və iqtisadi təzyiq şəraitində israfçılıq və bədxərclik möminə yaraşan xüsusiyyət deyil. Xüsusilə vurğulanmalıdır ki, israfdan uzaq olmaq, sadə və təvazökar həyat tərzi sürmək, daxili istehsalı dəstəkləmək və yerli məhsullardan istifadə etmək düşmənin iqtisadi müharibəsinə qarşı ən təsirli müqavimət formalarından biridir.
Bu yanaşma həm iqtisadi dayanıqlığın möhkəmlənməsinə, həm də düşmənin planlarının zərərsizləşdirilməsinə xidmət edir. Hər bir vətəndaş enerji, su, elektrik və qazdan istifadədə qənaət prinsipinə riayət etməli, bu sahədə dövlət rəsmilərinin və məsul şəxslərin tövsiyələrinə əməl etməlidir.
İqtisadi fəsad törədənlərin, inhisarçıların və baha satanların aşkarlanması üçün ictimai nəzarətə çağırış
Bahalaşdırma, süni qıtlıq yaratmaq, ehtiyat toplamaq və iqtisadi korrupsiya qarşısında susmaq nə dini, nə də ictimai baxımdan qəbul edilə bilər. Belə hallara qarşı ayıq-sayıq olmaq hər bir vətəndaşın məsuliyyətidir.
Ruhanilər və cəmiyyətin müxtəlif təbəqələri xalqı bu ağır şəraitdə iqtisadi fəsad törədənlərin, ehtiyat toplayanların, inhisarçıların və baha satanların müəyyənləşdirilməsi istiqamətində diqqətli olmağa və məsul qurumlarla əməkdaşlıq etməyə çağırmalıdırlar.
Müqavimət iqtisadiyyatının həyata keçirilməsinə ümumi ictimai tələb formalaşdırmaq
İnqilab Rəhbərinin bu ili “Milli birlik və milli təhlükəsizlik kölgəsində müqavimət iqtisadiyyatı ili” adlandırmasını nəzərə alaraq, hörmətli ruhanilər müqavimət iqtisadiyyatının real şəkildə həyata keçirilməsini ümumi ictimai tələbə çevirməlidirlər.
İqtisadi siyasət bu prinsiplər və strateji hədəflər əsasında formalaşdırılmalı, kapitalist iqtisadi modeldən və adi şərait iqtisadiyyatından uzaq durulmalı, iqtisadi korrupsiyaya qarşı isə ciddi və prinsipial mübarizə aparılmalıdır.
Hökumət, parlament və məhkəmə sistemindən tələb olunmalıdır ki, iqtisadi siyasəti ədalət prinsipi, zəif təbəqələrin müdafiəsi, milli valyutanın gücləndirilməsi, bahalaşma, inhisarçılıq və inflyasiya ilə mübarizə istiqamətində yönəltsinlər.
Yardımlaşma və həmrəyliyin genişləndirilməsi
Şəhid Ayətullah Seyid Əli Xamenei müxtəlif çıxışlarında, eləcə də İnqilab Rəhbərinin son mesajlarında xalqın müxtəlif təbəqələri arasında yardımlaşma və geniş ictimai həmrəylik yaşayış çətinliklərinin aradan qaldırılması və insanların ağrı-acılarının azaldılması üçün əsas prinsip kimi təqdim olunmuşdur.
Bu səbəbdən ruhanilər və ictimai fəallar bu ağır şəraitdə yardımlaşma və həmrəylik hərəkatını daha da genişləndirməli, ehtiyac sahiblərinə dəstəyin təşkilini cəmiyyətin əsas prioritetlərindən birinə çevirməlidirlər.
Mədəniyyət məsələlərinə diqqət və psixoloji müharibədə ciddi, müdrik və uzaqgörən fəaliyyət
Amerika və sionist düşmən belə hesab edirdi ki, İnqilab Rəhbərinin terror edilməsi, komandirlərin və günahsız insanların şəhid olunması ilə İran cəmiyyəti daxildən dağılacaq və sistem çökəcək. Lakin reallıq bunun tam əksini göstərdi. Xalqın müxtəlif təbəqələri arasında misilsiz birlik və həmrəylik formalaşdı.
Hətta İnqilab Rəhbəri öz müraciətində xalqı, imam cəmiyyətinin şəhadəti və qeyb dövründə rəhbərliyin saleh davamçıları və layiqli canişinləri kimi təqdim edib. Bu da göstərir ki, düşmən bu gün ən çox milli birlik və ictimai həmrəyliyi, yəni son dövrün ən strateji gücünü hədəfə almağa çalışır.
Düşmənin media şəbəkəsinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də hicab mövzusu və müxtəlif bəhanələrlə cəmiyyətdə ikitirəlik yaratmaq cəhdidir. Şəhid Ayətullah Seyid Əli Xamenei dəfələrlə vurğuladığı kimi, hicab dinin vacib buyurduğu bir hökm və zəruri şəri göstərişdir. Onun tərk edilməsi isə həm şəri, həm də siyasi baxımdan haram hesab olunur.
Yaxşılığa dəvət və pislikdən çəkindirmək (əmr be məruf və nəhy əz münkər) vəzifəsi də şəri çərçivədə ən mühüm vaciblərdən biri olmaqla yanaşı, dünya və axirət səadətinin təminatçısıdır. Buna görə də bu sahədə fəaliyyət ciddi, hikmətli və məsuliyyətli şəkildə davam etdirilməlidir.
Bu səbəbdən ölkə üzrə xalqa, mədəniyyət sahəsində çalışan məsul şəxslərə və hörmətli ruhanilərə ciddi tövsiyə olunur ki, bu misilsiz fürsətdən istifadə edərək həmin qrup qız və xanımları “Təbyin cihadı”, sevgi və ehtiram yolu ilə cəlb etsinlər.
Hicab və iffət sahəsində dəyərli və təsirli məzmunların hazırlanması, arxa cəbhədə fəaliyyət göstərən hicablı analar və qızların, eləcə də döyüş meydanında şəhid olmuş hicablı xanımların nümunə kimi önə çıxarılması və müxtəlif müsbət, birləşdirici şifahi tövsiyələr vasitəsilə cəmiyyətin sosial və mədəni mühitinin düzgün istiqamətləndirilməsi zəruridir.
Onlar imkan verməməlidirlər ki, bu məsələ küçə və məhəllələrdə gərgin mübahisələrə, təfriqəyə, ictimai parçalanmaya, düşmən mediası üçün materiala və ya əmr be məruf və nəhy əz münkər vəzifəsinin tərk edilməsinə çevrilsin.
5. Xalqın və məsul şəxslərin ümumi cihadına təkid
Atəşkəs və müharibədən sonrakı dövrdə dağıntıların bərpası, ölkənin inkişafı və problemlərin aradan qaldırılması üçün bəsici, cihadi və ümumi iradə zəruridir. Buna görə də xalqın, məsul şəxslərin və elmi elitanın iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, elm, texnologiya, hərbi və təhlükəsizlik sahələri, müdafiə sənayesi, qeyri-hərbi müdafiə və digər sahələrdə geniş və fədakar fəaliyyəti ümumi, şəri və milli vəzifə hesab olunur.
Elmi və mədəni qurumlar, elmi hövzələr və ali rəhbərlik bu ümumi cihad üçün planlaşdırma, əməkdaşlıq, müşayiət, tələbkarlıq və maarifləndirməni daim diqqətdə saxlamalıdırlar.
6. Məhdəviyyət və intizarın inkişafı, vilayət günəşinin (ə.f) zühuruna hazırlıq
Bu gün qlobal təkəbbürə, xüsusilə cinayətkar Amerikaya qarşı cihad və müqavimət yalnız taktiki strategiya deyil, həm də İmam Məhdinin (ə.f) zühurundan öncəki sivilizasiyanın formalaşması istiqamətində bir addım, ilahi vədin gerçəkləşməsi üçün zəmin və həzrətin dünya hökumətinə hazırlıq məşqidir.
«وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَیَسْتَخْلِفَنَّهُمْ فِی الْأَرْضِ»
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. Nur surəsi, 55-ci ayə
Bu gün Amerika axırzaman tağutunun və müasir Süfyaninin nümunəsi hesab olunur. Ona qarşı cihad və müqavimət, dövrün Dəccalının tərəfdarları ilə savaşmaq, zühurdan öncə İmam Zamanın (ə.f) yardımçıları sırasında dayanmaq və həmin yardımçıların əsas xüsusiyyətləri olan şücaət, ixlas və rəhbərliyə itaəti məşq etmək deməkdir.
İmam Sadiq (ə) buyurmuşdur:
Hər kim bizim Qaimimiz üçün bir ox qədər də olsa hazırlıq görsə, sanki onun yanında qılınc çəkmiş kimidir.
Bütün ruhanilərdən gözlənilir ki, bu gün cihad və müqavimət cəbhəsində fəal iştirak etməklə məhdəviyyət və intizar mövzusunu genişləndirsinlər və bu həqiqəti bəyan etsinlər ki, bugünkü savaşımız küfr, nifaq, tağut və ədalətsizliklə mübarizədir.
Bu savaşda cihad, müqavimət və qələbə vasitəsilə zühurun zəminləri hazırlanacaqdır. Əgər bu müqəddəs cihadda səhlənkarlıq və zəiflik göstərilərsə, haqq cəbhəsi geri çəkiləcək və məhdəviyyət idealların gerçəkləşməsindən uzaq düşəcəkdir.
Ümid edirik ki, İran xalqı və İslam ümməti vilayət günəşinin zühuruna zəmin yaratmaq şərəfinə nail olacaq və İmam Zamanın (ə.f) yanında cihad etmək şərəfini əldə edəcəkdir.
«وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِیزِ الْحَكِيمِ»
Zəfər yalnız qüdrətli və hikmət sahibi olan Allah tərəfindəndir.
Rəyiniz